Azərbaycan Premyer Liqasının XXXIV çərçivəsində keçirilən “Neftçi” – “Kəpəz” matçından sonra qonaq komandanın baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:
– Danışılası bir şey yoxdur. Gələcək oyunlar üçün nəticə çıxarmalıyıq. Sürətimiz çatmadı. İlk hissədə gördünüz ki, qol epiozdları yaratdıq. Lakin ikinci hissədə sürət çatmadı, məğlub olduq.
– Əvəzedici komandanın futbolçuları 3 aydır maaş almır. Bu Sizi nə dərəcədə narahat edir?
– Bu hər kəsi narahat edir. Həll etməti çalışırıq. AFFA-nın klublara ayırdığı pulun yarısı ödənilməyib, bu da təsir edir.
Məlik Məlikov