Adı “Real”la hallanan futbolçu qərarını verdi

Müdafiəçi Trent Aleksander-Arnold karyerası ilə bağlı qərarını verib.

Futbolpress.az xəbər verir ki, Madrid “Real”ının maraqlandığı ingilis futbolçu “Liverpul”dan ayrılmaq niyyətində deyil. Bu barədə “The Sun” nəşri məlumat yayıb. Mersisayd təmsilçisi Trentə yeni müqavilə təklif etməyə hazırlaşır.

25 yaşlı futbolçu 2016-cı ildən “Liverpul”un əsas komandasında çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.