Rumıniyanın “Hermannştadt” klubunun futbolçusu Yanis Stoyka karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Qarabağ” oyunçunun xidmətində maraqlıdır. Bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Yanisin digər müştərisi isə Kiyev “Dinamo”sudur.
“Hermannştadt” Stoyka üçün 1,5 milyon avro tələb edir.
22 yaşlı hücumçu bu mövsüm 20 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.