Premyer Liqaya uğursuz start verən “Neftçi”yə Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədov səsləri yüksəlməkdədir. Komandanın qeyri-qənaətbəşx nəticələrinə görə istefaya göndərilmək ehtimalı olan Roman Qriqorçukun yerinə namizəd axtarışı da artıq başlayıb.
Əsədov “FutbolPress“ə açıqlamasında məlumatları təkzib etdi:
“Bu suala düzgün çıxmaz. Etik normalara uyğun deyil. Hamımız məşqçiyik və hazırda boş olmayan post haqda danışmaq düzgün olmaz. Hər məşqçiyə uğurlar arzu edirəm. Ancaq məşqçi olaraq təkliflərə hazıram. Zaman sözünü deyəcək. Lakin konkret “Neftçi”də namizəd deyə çıxan xəbərlərə fikir bildirmək istəmirəm”.
“Neftçi” Premyer Liqada 8 turdan sonra 4 xalla 9-cu sıradadır.