Adı “Neftçi” ilə hallanan hücumçu qazaxlarla yollarını ayırdı

Qazaxıstanın “Ordabası” klubu adı “Neftçi” ilə hallanan Dembo Darbonun müqaviləsinə xitam verib.

Futbolpress.az xəbər verir ki, bu barədə Çimkənd təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hücumçu ilə icarə sözləşməsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. “Ordabası” qambiyalı hücumçuya təzminat ödəməyəcək.

Dembo müqavilə ilə Birləşmiş Ərəb Əmirliklərinin “Əl Nəsr” klubuna məxsusdur. Onun burdakı sözləşməsi isə ilin sonuna kimidir.

Daha əvvəl “Neftçi”nin Darbonu icarəyə götürəcəyi bildirilib.

Forvard “Ordabası”da Qazaxıstan Premyer Liqasında 8 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.