“Beşiktaş” futbolçusu Mustafa Hekimoğlu ilə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, 17 yaşlı hücumçunun sözləşməsi 2028-ci ilin yayına kimi artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mustafa bu mövsüm Super Liqada 10 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Forvardın adı bir dönəm “Neftçi” ilə hallanırdı.