Adı “Neftçi” ilə hallandı, azarkeşlər kəskin etiraza başladı

“Səbail”dən ayrılan Səlahət Ağayevin “Neftçi”yə keçidi gündəmdədir.

Futbolpress.az xəbər verir ki, qolkiperin adının “ağ-qaralar”la hallanması fanatların narazılığına səbəb olub. “Neftçi” azarkeşləri sosial şəbəkələrdə oyunçunun transferini hiddətlə qarşılayıb.

Buna səbəb Səlahətin daha əvvəl “Neftçi”də oynadığı zaman azarkeşlərə qeyri-etik jest etməsidir.

 

Qolkiper 2022-ci ildə Azərbaycan kubokunun 1/4 finalının cavab görüşü çərçivəsində keçirilən “Sabah” – “Neftçi” matçında (1:3) komanda yoldaşı Voislav Stankoviçə zərbə endirdiyinə görə qırmızı vərəqə alaraq meydanı tərk edib. Bundan sonra “Forza Neftçi”nin üzvləri “Neftçi”nin çörəyi haramın olsun”, – deyə şüarlar səsləndirib. Meydanı tərk edən Səlahət isə onlara orta barmağını göstərib.