Adı MY ilə hallanan futbolçu “Barselona”da qalacaq

Niderlandlı yarımmüdafiəçi Frenki de Yonq “Barselona”da qalacaq.

Futbolpress.az xəbər verir ki, adı “Mançester Yunayted”lə hallanan 27 yaşlı futbolçu Kataloniya klubunda qalmağa qərar verib. Bu barədə Niderland mətbuatı məlumat yayıb.

Frenki 2019-cu ildən “Barselona”nın formasını geyinir. O, La Liqada 151 oyunda 12 qol vurub, 13 məhsuldar ötürmə edib.