“Bayer”in futbolçusu Florian Virts karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Mançester Siti” 22 yaşlı hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Bild” nəşri məlumat yayıb. Xəbərdə “Mançester Siti”nin artıq Leverkuzen təmsilçisi ilə şifahi razılığa gəldiyi bildirilib.
Virtslə daha öncə “Bavariya”nın adı hallanırdı. “Mançester Siti” klubla razılaşsa da, alman futbolçu hələ qərarını verməyib.
Florian bu mövsüm 44 oyunda 16 qol vurub, 15 məhsuldar ötürmə edib.