Adı “Barselona” ilə hallanan futbolçu: “Təklif olsa, danışarıq”

“Vilyarreal”ın və İspaniya millisinin futbolçusu Aleks Baena adının “Barselona” ilə hallanmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Avro-2024-ün qrup mərhələsinin İtaliya ilə oyunundan öncə təşkil edilən mətbuat konfransında kataloniyalılarla bağlı sualı cavablandırıb:

“Gələcəyim? “Barselona”nın oyun tərzini bəyənirəm. Topa sahib olub, çoxlu hücumlar təşkil etməyi sevirlər. Belə futbol mənimçün də uyğundur. Böyük klubların sənə ehtiyac duyması gözəl şeydir. “Barselona”dan təklif olsa, danışa bilərik”.

Baena ötən mövsüm La Liqada 34 oyunda 2 qol vurub, 14 məhsuldar ötürmə edib. 22 yaşlı futbolçu İspaniya millisinin Avro-2024 heyətində yer alır.