Adı “Barselona” ilə hallanan futbolçudan ayrılıq açıqlaması

“Bayer”in futbolçusu Conatan Ta mövsümün sonunda komandadan ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə müdafiəçi özü Almaniya mətbuatına açıqlamasında deyib. O, yayda “Bayer”dən ayrılacağını bildirib.

Tanın adı daha əvvəl “Barselona” ilə hallanırdı.

Almaniya millisinin də üzvü olan müdafiəçi 2015-ci ildən “Bayer”də çıxış edir. O, bu mövsüm 45 oyunda meydana çıxıb.