Portuqaliyalı futbolçu Joao Feliks karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az İspaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı hücumçu ilə “Aston Villa” maraqlanır. 41 ildən sonra Çempionlar Liqasına geri qayıdan Birminqem təmsilçisi 24 yaşlı forvard üçün rəsmi təklif göndərməyə hazırlaşır.
“Atletiko” futbolçu üçün 60 milyon avro tələb edir. Ötən mövsümü icarə əsasında “Barselona”da çıxış edən Feliks bütün turnirlər daxil olmaqla, 44 oyunda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.