ABŞ klubu rusiyalı üçün 11 milyon avro təklif edib

“Atalanta”nın futbolçusu Aleksey Mirançuk karyerasını ABŞ-də davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Atlanta Yunayted” rusiyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Di Marzio” məlumat yayıb.

ABŞ klubu Mirançuk üçün 11 milyona avro ödəməyə hazırdır.

Rusiyalı forvard 2020-ci ilin yayından “Atalanta”da çıxış edir.