ABŞ klubu Levandovski ilə maraqlanır

“Barselona”nın hücumçusu Robert Levandovski karyerasını ABŞ-də davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Los Anceles Qalaksi” polşalı forvardın xidmətində maraqlıdır. Bu barədə AS nəşri məlumat yayıb.

“Los Anceles Qalaksi” Dortmund “Borussiya”sından ayrılan Marko Roysla müqavilə imzalamağa yaxındır. MLS təmsilçisi onun keçmiş komanda yoldaşı Levandovskini də heyətə cəlb etməyi planlaşdırır.

35 yaşlı forvardın “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.