Abraham İtaliyada klubunu dəyişə bilər

“Roma”nın futbolçusu Temmi Abraham karyerasını “Milan”da davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Qırmızı-qaralar” 26 yaşılı hücumçunun transferində maraqlıdır. Tərəflər arasında artıq ilk görüş baş tutub.

Abraham ötən mövsüm A Seriyasında 8 oyunda 1 qol vurub.