ABL: “Sumqayıt” qələbə qazandı

Azərbaycan Basketbol Liqasında XIX tura start verilib.

Futbolpress.az xəbər verir ki, günün yeganə matçında “Sumqayıt” “Quba”nı qəbul edib.

Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan B qrupunun görüşündə meydan sahibləri 112:103 hesablı qələbəyə seviniblər.

Tura martın 19-da yekun vurulacaq.