ABL: “Sabah”dan növbəti qələbə

Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində “Sabah” və “Xəzri” klubları üz-üzə gəlib. Görüş “futuristlər”in qələbəsiylə başa çatıb – 75:59.

Komandalar arasında baş tutan əvvəlki oyunlarda tərəflər hərəyə bir qələbə qazanıblar.

Final seriyasında üç qələbə qazanan komanda çempion olacaq.