Azərbaycan Basketbol Liqasında üçüncü yer uğrunda seriyanın ikinci oyunu keçirilib.
Futbolpress.az xəbər verir ki, “Xırdalan” NTD-İNDİQO ilə qarşılaşıb.
Matç ikincilərin 92:83 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da ümumi hesabı 2:0 edən Xaçmaz təmsilçisi ölkə çempionatının bürünc medallarına sahib çıxıb.
Finalda isə “Xəzri” “Sabah”la qarşılaşacaq. Bu komandalar arasında keçirilən ilk oyunda “Xəzri” rəqibini məğlub etmişdi.