Beynəlxalq Abilimpiya çempionatının açılış mərasimi olub.
Futbolpress.az xəbər verir ki, cari ilin 25-29 oktyabr tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən “Abilimpiks Beynəlxalq Açıq Çempionatı”nın açılış mərasimi və ilk yarışlar keçirilib.
Belə ki, ilk yarış günündə üç abilimpiyaçımız iştirak edib. Dərzilik peşəsi üzrə Günel Bağırova və Oruc Salehov, toxuculuq peşəsində isə Fəridə Rufullayeva mübarizəyə başlayıb.
Qeyd edək ki, komandamız bu yarışda 10 abilimpiyaçı ilə təmsil olunacaq.