Türkiyədə təlim-məşq toplanışını davam etdirən Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
Futbolpress.az xəbər verir ki, U-21 baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk oyunda Moldova ilə qarşılaşacaq.
Oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
U-21 3 gün sonra Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət seçməsi ilə üz-üzə gələcək.