Azərbaycan Premyer Liqasının XIX turunda “Qarabağ” – “Şamaxı” (3:2) ilə üz-üzə gəlib.
Futbolpress.az xəbər verir ki, qonaq komandanın çalışdırıcısı Ayxan Abbasov məğlubiyyətlə bağlı fikirlərini bölüşərək, jurnalistlərin suallarını cavablandırıb.
– Məncə maraqlı oyun oldu. İlk hissə qollarla başladı. İkinci hissədə təzyiq olacağını bilirdik. Cüzi səhvlərə yol verdik. Fürsətlərimiz oldu amma dəyərləndirə bilmədik. Futbolçularımdan razı qaldım. Leroy Mikelsin olmaması da bizə təsir etdi.
– Yerli oyunçuları transfer etmək Premyer Liqada möhkəmlənmək üçündür yoxsa daha da iddialı olmaq üçün?
– Komandadan 8 futbolçu ayrıldı. Onların yerini doldurmalı idik. 3 yerli və 4 əcnəbi ilə bunu etdik. Onsuz qışda yerli futbolçu transfer etmək çox çətindir. Qarşımıza qoyulan məqsəd çatmaq istəyirik. İndi daha rəqabətli heyətimiz var.
– Transfer pəncərəsində ən çox gedən-gələn sizdə oldu. Gələnlər nə vaxta hazır olar?
– İçlərində hazır olanlar da var. Məsələn, Alfonso hazır idi amma sənədi bu gün gəldi deyə çatdırmaqdıq. Mayklla Andrey isə tam hazır deyildi. Zədə olmasa 2 həftə sonra toparlanacaqlar.
– Belə oyun tərzi nədən asılıdır? Son 2 oyunda “Qarabağ”a əsl çətinlik yaratmısız. Bunun sirrini tapmısız?
– Sirrini tapsaydıq xal alardıq. Şamaxıdakı matçda da son anda buraxdıq. Bu gün də epizodlarımız oldu. Futbolçulardan istəyimiz budur. Həm müdafiə və hücumda aktiv olmağımızdır. Çempionatda iki komanda var ki, onlardan xal ala bilməmişik. Bu bizə daha da motivasiya verir.
Mirkamal Kazım