Abbasov: “Bura xal almaq üçün gəlmişdik”

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçirilən “Neftçi” – “Şamaxı” matçından (1:0) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlıfikirlərini bildirdi…

– Üzücü məğlubiyyət oldu. Bura xal almaq üçün gəlmişdik. Oyun da buna imkan veriridi. Yüzdə yüz qol epizodlarımız oldu. Əfsuslar olsun ki, yararlana bilmədik və penaltidən qapımızda qol gördük. Dəyişikliklər edərək, oyuna müdaxilə etmək istədik, amma alınmadı. Bu matçı unudub qarşıdakı görüşlərə hazırlaşacağıq. Çempionatımız gərgin keçir. Futbolçularıma inanıram. İnşallah ki, bu durumdan bir yerdə çıxacayıq.

– Turnir cədvəlində sizdən geridə olan komandalarla xal fərqi qapanır. Bu, komandanız üzərində nə dərəcədə gərginlik yaradır?

– Bilirdik ki, böyük xal fərqimiz yox idi. Qarşıda oyunlar var. Həmişə demişəm ki, çempionatın sonuna qədər mübarizə gedəcək. Hələ heç nə bitməyib. Çalışırıq ki, futbolçularımızı gərginlikdən çıxaraq və növbəti oyunlara kökləyək.

– Cəlal Hüseynovun performansını necə qiymətləndirirsiz? Onunla bağlı hansı addımlar atacaqsız?

– Hansısa futbolçu barədə fərdi danışmaq düzgün olmaz. Cəlal komandamıza yeni qoşulub. Texniki səhvləri çox edir. Gəncdir, üzərində çox çalışmalıdır. Səbirli olmaq lazımdır.

Mirkamal Kazım