Seriya A: “Latsio” büdrədi

İtaliya A Seriyasında XXVIII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Latsio” “Udineze” ilə bacarmayıb.

“Napoli” minimal hesablı qələbəyə sevinib. “Atalanta” isə “Yuventus”u darmadağın edib.

“Milan” səfərdə, “İnter” isə evdə eyni ssenariylə 3 xalı qazanıb. Hər iki komanda hesabda geridönüş edərək, rəqibini 3:2 hesabla məğlub etməyi bacarıb.

Turun açılış matçında “Kalyari” “Cenoa” ilə qarşılaşıb. Tərəflər hərəyə 1 xalla kifayətlənib.

İtaliya A Seriyası

XXVIII Tur

7 mary

Kalyari – Cenoa 1:1

Qollar: N.Vyola, 18 – M.Kornet, 47

8 mart

Komo – Venesiya 1:1

Qollar: J.İkon, 49 – K.Qytkyajer, 90+5 (pen.)

Parma – Torino 2:2

Qollar: M.Pelleqrino, 60, 82 – E.Elmas, C.Adams, 72

Leççe – Milan 2:3

Qollar: N.Kristoviç, 7, 59 – A.Callo, 68 (avtoqol), K.Pulişiç, 73 (pen.), 81

İnter – Montsa 3:2

Qollar: M.Arnautoviç, 45+1, H.Çalhanoğlu, 64, C.C.Kyrakopoulos, 78 – S.Birindelli, 32, K.Balde, 44

9 mart

Verona – Bolonya 1:2

Qollar: D.Mosquera, 80 – Y.Odqard, 40, N.Kambiyaci, 78

Napoli – Fiorentina 2:1

Qollar: R.Lukaku, 26, G.Raspadori, 60 – A.Qudmundson, 66

Empoli – Roma 0:1

Qol: M.Soule, 1

Yuventus – Atalanta 0:4

Qollar: M.Reteqi, 29 (pen.), De Roon, 46, D.Zappakosta, 66, A.Lukman, 77

10 mart

Latsio – Udineze 1:1

Qollar: A.Romaqnoli, 32 – F.Thauvin, 22