A Seriyasına yüksələn komanda “Roma”dan futbolçu transfer edir

“Roma”nın futbolçusu Andrea Belotti karyerasını “Komo”da davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. A Seriyasına yüksələn “Komo” 30 yaşlı yarımmüdafiəçi üçün 4,5 milyon avro ödəyəcək.

Belotti ötən mövsümü icarə əsasında “Fiorentina”da keçirib. O, 46 oyunda 10 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.