A Seriyasına yüksələn komanda baş məşqçisini açıqladı

İtaliyanın “Venesiya” klubunun yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın sükanı Eusebio Di Françeskoya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 54 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Eusebio bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Paolo Vanolini əvəzləyib.

“Venesiya” yeni mövsümdə A Seriyasında mübarizə aparacaq.

Eusebio daha əvvəl “Sassuolo”, “Kalyari”, “Leççe”, “Verona”, “Roma” kimi komandalarda işləyib.