A Seriyasına yüksələn klub baş məşqçini göndərdi

İtaliyanın “Venesiya” klubunda baş məşqçi Paolo Vanoli ilə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Venesiya” ötən mövsüm B Seriyasını üçüncü sırada bitirib və pley-off seriyasında qalib olaraq A Seriyasına yüksəlib.