“Fənərbağça”nın futbolçusu Cengiz Ünder karyerasına İtaliyada davam edə bilər.
Futbolpress.az xəbər verir ki, türkiyəli vinger ilə “Venetsiya” klubu maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə A Seriyasına yüksələn komandanın Cengiz üçün yaxın zamanda danışıqlara başlayacağı bildirilib.
Ünder ötən mövsüm Super Liqada 24 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə edib.