A Seriyasına üçüncü vəsiqənin sahibi bilindi

İtaliya A Seriyasına yüksələn üçüncü komanda məlum olub.

Futbolpress.az xəbər verir ki, B Seriyasının pley-off mərhələsinin qalibi olan “Venesiya” elitaya yüksəlib.

Komanda həlledici görüşdə “Kremonose”dən üstün olub. Komandalar arasındakı ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb. “Venesiya” cavab görüşündə minimal hesablı qələbə qazanaraq (1:0) A Seriyasına vəsiqə əldə edib.

Daha əvvəl “Komo” və “Parma” elitaya yüksəlib.