“Yuventus”un və İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon A Seriyasının səviyyəsindən danışıb.
Futbolpress.az xəbər verir ki, keçmiş qolkiper yarışın durumunu yüksək qiymətləndirib:
“Futbolumuz dəyişib. İngiltərə Premyer Liqasının ardınca gedirik. İnqilab edən məşqçilərimiz var. Artıq A Seriyasına baxmaqdan həzz alırıq”.
A Seriyasında 17 turdan sonra 40 xal toplayan “Atalanta” birinci sıradadır. “Napoli” 38 xalla 2-ci, “İnter” isə 37 xalla 3-cüdür.