A Seriyası oyununa yağış əngəli

İtaliya A Seriyasının V turunun “Atalanta” – “Komo” oyunu təxirə salınıb.

Futbolpress.az xəbər verir ki, bu gün baş tutmalı matç güclü yağış səbəbindən sabaha ertələnib.

Görüş saat 22:45-də start götürəcək.