“Yuventus” 3 xalı 3 qolla qazandı

Bu gün İtaliya A Seriyasında II tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, birinci oyun günündə dörd qarşılaşma baş tutub. “İnter” “Leççe”ni, “Udineze” isə “Latsio”nu məğlub edib.

İlk turda xal itirən “Milan” bu dəfə “Parma” səfərindən əliboş dönüb. “Cenoa” isə “Montsa”ya qalib gəlib.

“Roma” azarkeşləri önündə “Empoli”yə uduzub. “Napoli” isə “Bolonya”nı məğlub edib.

“Yuventus” “Verona” səfərində qələbə qazanıb, “Kalyari” isə “Komo” ilə heç-heçə edib.

İtaliya A Seriyası
II tur

24 avqust

Udineze – Latsio 2:1
Qollar: L.Lukka, 5, F.Toven, 49 – Q.İsaksen, 90+5

Parma – Milan 2:1
Qollar: D.Man, 2, M.Kaselyeri, 77 – K.Pulişiç, 66

İnter – Leççe 2:0
Qollar: M.Darmian, 5, H.Çalhanoğlu, 69

Montsa – Cenoa 0:1
Qol: A.Pinamonti, 45+7

25 avqust

Torino – Atalanta 2:1
Qollar: İ.İliç, 31, Ç.Adams, 49 – M.Retegi, 26

Fiorentina – Venetsiya 0:0

Napoli – Bolonya 3:0
Qollar: C.Di Lorenso, 45+2, X.Kvaratsxeliya, 75, Q.Simeone, 90+4

Roma – Empoli 1:2
Qollar: E.Şomurodov, 80 – E.Qyasi, 45, L.Kolombo, 61 (pen.)

26 avqust

Kalyari – Komo 1:1
Qollar: R.Pikkoli, 44 – P.Kutrone, 53

Verona – Yuventus 0:3
Qollar: D.Vlahovi, 28 (pen.), 53, N.Savone, 39