A Seriyası: “Roma” “Yuventus”la “sülh” bağladı

İtaliya A Seriyasında XXXV tura start verilib.

Futbolpress.az xəbər verir ki, açılış oyununda “Torino” “Boloniya”nı qəbul edib. Matç “sülh”lə başa çatıb.

“Latsio” səfərdə “Montsa” ilə heç-heçəyə razılaşıb. Çempionluğunu rəsmiləşdirən “İnter”in rəqibi “Sassuolo” olub.

“Milan” bir xala razı olub. “Roma” və “Yuventus” isə heç-heçəyə razı olub.

İtaliya A Seriyası, 35-ci tur

3 may

Torino – Boloniya 0:0

4 may.

Montsa – Latsio 2:2
Qollar: M.Yuriç, 75, 90+2 – C.İmmobile, 11, M.Vesino, 83

Sassuolo – İnter 1:0
Qol: A.Laurinti, 20

5 may.
Kalyari – Leççe 1:1
Qollar: G.Qanetto, 42 – N.Krstoviç, 84.

Empoli – Frozionone 0:0

Verona – Fiorentina 2:1
Qollar: D.Lazoviç, 13. T.Noslin, 59. – G.Kastrovilli, 42

Milan – Cenoa 3:3
Qollar: Florenzi, 45. M.Qabbia, 72. O.Jiru, 75 – M.Reteqe, 5. C.Ekuban, 48. M.Thiav, 87 (avtoqol)

Roma – Yuventus 1:1
Qollar: R.Lukaku, 15 – Bremer, 31.

6 may.
20:00. Salernitana – Atalanta
22:45. Udineze – Napoli