Azərbaycan cüdoçuları iki bürünc medal qazandı

Fevralın 14-də Milli Gimnastika Arenasında keçirilən Bakı Böyük Dəbilqə turnirinin ilk yarış günü Azərbaycan cüdoçuları iki bürünc medal qazanıblar.

Futbolpress.az xəbər verir ki,ilk yarış günündə qadınlar və kişilər arasında 5 çəki dərəcəsində qaliblər bəlli olub. Kişilər arasında -60 kq çəkidə Əhməd Yusifov bürünc medal uğrunda ukraynalı cüdoçu Dilşot Xalmatovla qarşılaşıb. Rəqibinin üç şido alaraq uduzması Yusifova bürünc medal gətirib. Eyni çəkidə yarışan Balabəy Ağayev isə günü 5-ci yerlə tamamlayıb.
-66 kq çəki dərəcəsində mübarizə aparan Elşən Əsədov üçüncü yer uğrunda Özbəkistan təmsilçisi Azizbek Ortikovla üz-üzə gəlib. Ortikovun üç şido ilə məğlub olması Əsədova bürünc medal qazandırıb.
Qadınlar arasında -57 kq. çəkidə Fidan Əlizadə 7-ci yerdə qərarlaşıb.