ÇL-də Vinisiusu qabaqladı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Futbolpress.az xəbər verir ki, Dortmund “Borussiya”sının futbolçusu Seru Qirassi bu ada sahib çıxıb. Qvineyalı hücumçu “Sportinq”lə ilk pley-off matçında (3:0) 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

28 yaşlı oyunçu bu mükafat uğrunda mübarizədə Vinisius Junior (“Real”), İqor Payxao (“Feyenoord”) və İvanqilis Pavlidisi (“Benfika”) qabaqlayıb.