Türkiyə millisinin sabiq oyunçusu vəfat etdi

Türkiyə millisinin sabiq futbolçusu Fethi Heper vəfat edib.

Futbolpress.az xəbər verir ki, mərhum hücumçu 81 yaşında dünyasını dəyişib.

Fethi Heper 1965-1974-cü illərdə “Eskişehir” formasıyla 121 qol vurub. O, Türkiyə millisində 4 oyuna çıxıb.