Autsayderlər üçün kritik tur

“Kəpəz” Azərbaycan Premyer Liqasında 22 turdan sonra ən çox qol buraxan komandadır.

“Futbolpress.az”ın məlumatına görə, Gəncə təmsilçisi 46 qol buraxıb. Azər Bağırovun rəhbərlik etdiyi kollektivin vurduğu qol sayı 20-dir. Komanda həm də çempionatda ən çox məğlub olan iki komandadan biridir. Digər kollektiv isə autsayder “Səbail”dir.

Maraqlı statistikadır ki, turnir cədvəlinin 9 və 10-cu sırasında yer alan “Kəpəz” və “Səbail” eyni sayda qol vurub. “Səbail” 36 qol buraxıb, “Kəpəz” isə daha 10 qol çox buraxıb. Ümumiyyətlə, çempionatda 22 tura 20 qol vuran üç komanda var – “Şamaxı”, “Kəpəz” və “Səbail”.

“Səbail” 22 turda 4 qələbə qazanıb, 4 heç-heçə edib. Komanda qış fasiləsindən sonra ardıcıl üç məğlubiyyətsiz oyundan sonra son turda “Qarabağ”a böyükhesabla uduzub (0:5). Bayıl təmsilçisi növbəti turda “Sabah”ı qəbul edəcək. 8 və 9-cu pillədə qərarlaşan “Kəpəz” və “Şamaxı” bir-birinə rəqib olacaqlar. Bu baxımdan 23-cü turun nəticələri son sıralardakı komandalar üçün ölüm-dirim turu kimi olacaq.

Şahin Cəfərov