Bu gün Azərbaycan I Liqasında XIV tura start verilib.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
Günün mərkəzi oyunu İmişlidə olub. Premyer Liqaya namizəd komandalar sırasında olan yerli kollektiv “Qəbələ” ilə üz-üzə gəlib. Matç qonaqların qələbəsiylə başa çatıb.
Digər iddiaçı “Karvan” MOİK-ə qalib gəlib, “Mingəçevir” isə “Cəbrayıl”la xalları bölüb.
“Qəbələ” çempionatda 14 turdan sonra 36 xalla birinci sıradadır. “Karvan” 29 xalla 2-ci, “İmişli” isə 24 xalla 3-cüdür.
Azərbaycan I Liqası
XXIV tur
13 fevral
İmişli – Qəbələ 1:2
Qollar: D.Rollo, 72 – Ş.Şahniyarov, 58, D.Massumo, 82
Karvan – MOİK 3:1
Qollar: B.Teymurov, 2, E.Qasımov, 6, R.Şabanov, 18 – V.Əsgərov, 29
Mingəçevir – Cəbrayıl 0:0