Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib.
Futbolpress.az xəbər verir ki, U-17 “Qarabağ” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun millimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 67-ci dəqiqədə Emil Usubov, 70-ci dəqiqədə Emil Həsənov və 85-ci dəqiqədə Əhməd Vəliyev vurub.
Qeyd edək ki, U-17 millimiz fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştirak edəcək.