“Qaradağ Lökbatan”a hökm oxundu

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, I Liqanın XIII turu çərçivəsində keçirilən oyunlardakı nöqsanlara görə “Cəbrayıl”, “İmişli”, “Qəbələ” və “Qaradağ Lökbatan” cəzalandırılıb.

I Liqa XIII tur

06.02.2025-ci il tarixində I Liqada XIII turun MOİK – “Cəbrayıl” oyununda “Cəbrayıl” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Cəbrayıl” komandası 70 manat cərimə edilsin (maddə 37);

06.02.2025-ci il tarixində I Liqada XIII turun “İmişli” – “Karvan” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “İmişli” komandası 50 manat cərimə edilsin (maddə 70.1);

06.02.2025-ci il tarixində I Liqada XIII turun “Difai” – “Qəbələ” oyununda “Qəbələ” klubu matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Qəbələ” klubu 100 manat cərimə edilsin (maddə 91);

07.02.2025-ci il tarixində I Liqada XIII turun “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununun 75-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun həkimi Xəyal Alızadə hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalansın, “Qaradağ Lökbatan” klubu 400 manat cərimə edilsin (maddə 43.4);

07.02.2025-ci il tarixində I Liqada XIII turun “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununun 76-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 1 nömrəli futbolçusu Əli Kərimov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qıırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın,  “Qaradağ Lökbatan” klubu 300 manat cərimə edilsin (maddə 43.3).