“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi xəstəxanalıq oldu

“Xəzər Lənkəran”ın sabiq futbolçusu Oğuz Çetin xəstəxanaya yerləşdirilib.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Mütəxəssisin səhhəti qəfil pisləşdiyi üçün reanimasiyaya yerləşdirilib. O, bir müddət həkim nəzarətində olacaq.

Çetin məşqçi karyerası dönəmində Azərbaycanda da işləyib. O, 2014-cü ilin iyulundan dekabrına kimi “Xəzər Lənkəran”ın baş məşqçisi olub.