“Qəbələ”nin sabiq futbolçusu karyerasını bitirdi

“Qəbələ”nin sabiq futbolçusu Abdelrafik Gerard karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi özü açıqlama verib. Abdelrafik 31 yaşında karyerasını bitirib.

Son klubu Fransada “Rasinq” olan yarımmüdafiəçi 2020-ci ilin yanvarından iyuluna qədər “Qəbələ”də forma geyinib. O, Premyer Liqada 4 oyuna çıxıb.