“Real”ın futbolçusu Cud Bellingem Çempionlar Liqasında “Mançester Siti”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi 3:2 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Qəribə matç idi. Mövsümün ən yaxşı oyunlarından birini keçirdik. Qol buraxsaq da, reaksiyamız gecikmədi. “Mançester Siti”yə qarşı oynamaq çox çətindir. Çoxsaylı şanslarımız var idi. Düşünürəm ki, qələbəyə layiq idik. Komandama təşəkkür edirəm”.