Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü”ndə baş məşqçi təyinatı gerçəkləşib.
Futbolpress.az xəbər verir ki, komandanın sükanı Mustafa Dalcıya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.
“Ankaragücü” bu gün baş məşqçi Kemal Özdeşlə yollarını ayırıb. Dadaşov məhz bu mütəxəssisin qərarı ilə əsas komandadan kənarlaşdırılıb.
“Ankaragücü” 23 turdan sonra 30 xalla 14-cü sıradadır.