Türkiyənin “Ankaragücü” klubunda baş məşqçi Kemal Özdeşlə yollar ayrılıb.
Futbolpress.az xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxışıdır. Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Ankaragücü” çempionatda 23 turdan sonra 30 xalla 14-cü sıradadır.
Klubda çıxış edən Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov məhz Kemal Özdeşin qərarı ilə heyətdən kənarlaşdırılıb. Renatın klubu tərk edəcəyi bildirilirdi.