18 yaşlı türkiyəli futbolçu İngiltərə klubuyla anlaşdı

“Aston Villa” “Kasımpaşa”nın 18 yaşlı futbolçusu Yasin Özcanı transfer edib.

Futbolpress.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun saytı məlumat yayıb. Yasin bu mövsümü “Kasımpaşa”da başa vuraraq, yeni komandasına 2025-ci ilində yayında qoşulacaq.

İngiltərə klubu mərkəz müdafiəçisinə görə “Kasımpaşa”ya 7 milyon avro təzminat ödəyəcək.

Y.Özcan Türkiyə U-21 millisinin üzvüdür.