İtaliyalı məşqçi Salvatore Bokçetti “Montsa”nın baş məşqçi postunu tərk edib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb:
“Biz Boçkettiyə gördüyü işlərə görə təşəkkür edirik və ona gələcək üçün ən yaxşısını arzulayırıq”.
38 yaşlı Bokçetti dekabrın 23-də “Montsa”ya baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda İtaliya çempionatında 7 oyun keçirib və bu oyunda 6 dəfə məğlub olub və yalnız bir qələbə qazana bilib.
24 turdan sonra “Montsa” cəmi 13 xalla A Seriyasının sonuncu pilləsində qərarlaşıb.