8 fevral Azərbaycan Basketbol Liqasında (ABL) 14-cü tura “B” qrupunda keçirilmiş iki oyunla yekun vurulub.
Futbolpress.az xəbər verir ki, günün ilk oyununda “Lənkəran” doğma azarkeşləri önündə 97:98 hesabı ilə “Ordu” klubuna məğlub olub.
Turun son görüşü Gəncədə “B” qrupunun liderləri arasında baş tutub. Yerli komanda “Gəncə” “Şəki” üzərində 91:77 hesablı rahat qələbə qazanıb və “B” qrupunda liderliyə yüksəlib.
Geridə qalmış 14 turdan sonra “A” qrupuna “Sabah”, “B” qrupuna isə “Gəncə” klubu liderlik edir