Azərbaycan yığması Misirə yollandı

Çimərlik voleybolu üzrə qadınlardan ibarət Azərbaycan millisi Misirdə təlim-məşq toplanışı keçəcək.

Futbolpress.az xəbər verir ki, komandamız bu məqsədlə fevralın 7-də Misirin Hurqada şəhərinə yola düşüb.

7-28 fevral tarixlərində baş tutacaq təlim-məşq toplanışı çərçivəsində millimiz burada keçiriləcək Afrika qitəsinin çimərlik voleybolu üzrə açıq çempionatı olan “The Clash Beach Volleyball Marathon” turnirində də güclərini sınayacaqlar.