“Barselona”nın sabiq futbolçusu Jerar Pike əzəli rəqibləri “Real” haqda açıqlama verib.
Futbolpress.az xəbər verir ki, müdafiəçi AS nəşrinə açıqlamasında “kral klubu”nun “Espanyol”a məğlubiyyətində (0:1) hakimləri günahlandırmasına toxunub:
“Bu hekayəni milyon dəfə yaşamışıq. “Real” məğlub olanda bütün mexanizmlərdən istifadə edir, bütün media vasitəsilə başqa şeydən danışmağa başlayırlar. Bu, həmişə belə olub”.
“Real” “Espanyol”a məğlub olduğu (0:1) oyundan sonra hakim qərarları ilə bağlı rəsmi müraciət edib.