Kvaratsxeliya PSJ-də ilk qolunu vurdu – VİDEO

PSJ Fransa Liqa 1-in XXI turunda “Monako”nu məğlub edib.

Futbolpress.az xəbər verir ki, 4:1 hesabıyla bitən matçda Paris klubunun gürcü futbolçusu fərqlənib. O, PSJ-də debüt qolunu 54-cü dəqiqədə vurub.

Kvaratsxeliya qış transfer dönəmində “Napoli”dən 70 milyon avro qarşılığında Fransa təmsilçisinə keçib.

PSJ 21 turdan sonra 53 xalla birinci sıradadır.